Oğurluq edən 4 nəfər saxlanıldı | Icma.az
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq. Nəsimi rayonunda yerləşən iki mağazada oğurluq hadisəsi qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-zinət əşyası və kosmetik vasitələr oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 58 yaşlı R.Ağayev və 33 yaşlı N.Səlimova saxlanılıblar.
Bundan başqa, rayon ərazisində yerləşən evdən 600 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda, eləcə də bir nəfərin bank kartından 2040 manatı talamaqda şübhəli bilinən 29 yaşlı V.Əliyev və 53 yaşlı R.Hüseynov saxlanılıblar.
Araşdırmalar aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu