Oğurluq edən iki nəfər saxlanıldı

15.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manat pul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı P.Talıbov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью