Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

28.11.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib.

Bu barədə Gununsesi.info-ya DİN-dən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью