Oğurluq edən şəxs SAXLANILDI

08.02.2025

Manset saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda və Sumqayıtda oğurluq edənlər saxlanıldı.  

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Paytaxtın Nizami rayonunda, həmçinin Sumqayıt şəhərində mağazalardan 1100 manatlıq məhsullar, 1 ədəd noutbuk, qızıl klon və sırğa oğurlanması barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mağazalardan oğurluq etməkdə şübhəli bilinən M.Mikayılov, P.Alxasov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. 

Hər üç faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью