“Oğurluq edib, adımıza ləkə gətirirlər” Gövhər Həsənzadə kimləri hədəfə aldı?

26.11.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

“Telekanal rəhbərlərindən bir xahişim var. Musiqi redaktorlarını peşəkar musiqiçilər arasından seçsinlər. Qoy efirlərdən peşəkar musiqi səslənsin, kimi və nəyi təbliğ etdiyimizi bilməliyik”.

Lent.az xəbər verir ki, bu fikirləri APA TV-nin “Sözüm var” proqramında bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə səsləndirib.

Musiqimizin problemlərindən danışan Əməkdar artist müəllif hüquqları sahəsindəki problemdən söz açıb.

“Bəzi bəstəkarlarımız, müğənnilərimiz xarici müəlliflərdən mahnı oğurlayıb, bizə ləkə gətirilər, biabır edirlər. Niyə belə edib, başımızı aşağı salırsınız?” deyə o qeyd edib.

 Müsahibəni təqdim edirik:
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью