Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Oğuz, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Həbib Naxçıvanski Beynəlxalq ingilis dili olimpiadasında (Global Olympiad USA English) uğurlu nəticə göstərərək gümüş medal qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. O bildirib ki, Həbib bu nəticə ilə, eyni zamanda, olimpiadanın Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ da əldə edib.