Oğuz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keç…
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
XQ xəbər verir ki, tədbirdə çıxış edən Oğuz RİH başçısı Cavid Əbdül-Qədirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə kənd təsərrüfatı sahəsi dinamik inkişaf edir.
Aqrar sektorda yüksək nəticələrin əldə olunmasında dövlət dəstəyi mexanizmlərinin rolu xüsusi əhəmiyyət daşıyır.
Kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə işlərinin vacibliyini vurğulayan icra başçısı bölgələrdə keçirilən bu cür panel müzakirələrini mühüm platforma kimi dəyərləndirib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib.
Bu il də analoji tədbirlərin davam etdiriləcəyini bildirən Anar Cəfərov ilk panel müzakirənin Oğuz rayonundan start götürdüyünü qeyd edib.
Tam oxu
Xəbəri oxu