Oğuz sakini Bakıda hamamda ölü TAPILDI

04.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə, bir müddətdir Bakı şəhərində işləyən 31 yaşlı B.Babakişiyev həmin mənzildə tək yaşayıb.

B.Babakişiyevin dəm qazından öldüyü ehtimal edilir.

Fakt araşdırılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью