Oğuz sakini meşədə üzərinə ağac aşması nəticəsində ölüb

10.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oğuzda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Xalxal kəndində baş verib. İlkin məlumata görə, meşə massivində rayon sakini 35 yaşlı Elvin Cəfərovun üzərinə ağac aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью