Oğuz sakini üzərinə ağac aşması nəticəsində öldü

10.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oğuzda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Xalxal kəndində baş verib.

İlkin məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Elvin Cəfərovun üzərinə meşədə ağac aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью