Oğuz sakinlərinin gününü qara edən YOL PROBLEMİ

07.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Oğuz rayonunun Mollalı kəndinin sakinləri yol problemindən əziyyət çəkirlər.

Asfalt üzünə həsrət qalan sakinlər deyirlər ki, yolun vəziyyəti uşaqların məktəbə gedib-gəlməsinə, eləcə də avtomobillərin rahat hərəkətinə çətinlik yaradır.

Onların sözlərinə görə, aidiyyəti qurumlara problemlə bağlı dəfələrlə müraciət etsələr də, hər dəfə yolun təmiri üçün maliyyə vəsaitinin ayrılmasının gözlənildiyi bildirilir.

"Yolumuz bərbad haldadır. Taksilər 10 manatlıq yolu 25 manata aparır. Hamilə qadını xəstəxanaya çatdırmaq olmur", - deyə sakinlər narazılıqlarını bildiriblər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oğuz sakinlərinin gününü qara edən YOL PROBLEMİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью