Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elşən Mirişli Gəncə şəhəri, tarixçi I Yazı Ağsunqur Bəy Qasıməddövlə Əbusəid Ağsunqur Bəy bin Elturqan (XI əsr-1094, Hələb) Böyük Səlcuq İmperiyası (1037-1157) sərkərdəsi və Hələb valisidi.
Qasıməddövlə Ağsunqur Bəy bin Elturqan Hələb valisi olmuşdu.1087-ci ildə özünü Sultan elan etdi.
Ağsunqur Bəy bin Elturqan Oğuzların Avşar boyuna mənsub Elturqan Bəyin oğludur.Sultan Məlikşahın (1072-1092) ölümü ilə Börküyarıqla Tutuşun müharibəsində Ağsunqur bəy özünün Avşar boyu ilə Börküyarığın yanına keçir və bir savaşda Tutuş tərəfindən öldürülür.
Ağsunqur Bəyin ölümündən sonra İraq Səlcuqlu Sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu olacaq Zəngini Ağsunqur Bəy bin Elturqanın oğlunu Mosul valisi təyin edir.
Bu təyin edilmədən sonra ona İmadəddin ləqəbini verir. “Zəngi” bir güclü Avşar haskimiyyəti qurur və Hələbi ələ keçirir.
Oğuz Türklərində Altın Çağ Zəngilər Dövlətinin qurucusu I İmadəddin Zəngi (1127-1146) Suriyanın şimalı və İraqın şimalında Türkman bölgəsində yaranan Dünya tarixinə keçən dövlət Zəngilər dövlətidir.Səlibçilər və Səlib dövlətləri ilə apardığı savaşlarla öz adını yaddaşlara əbədi yazdırmışdı.
Avropalılar I İmadəddin Zəngini həmçinin Zangi, Zangui, Zenki və Zanki kimi də adlandırırlar.