Oğuza güclü qar yağıb

27.02.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oğuz rayonuna yağan güclü qar müəyyən fəsadlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, rayon ərazisinə yağan güclü qar yolları örtüb və buz qatı əmələ gəlib.

Aidiyyəti qurumlar səhər saatlarından etibarən, gücləndirilimiş iş rejiminə keçiblər. Əsasən rayonun dağ kəndlərinə gedən yollar, həmçinin ölkə əhəmiyyətli magistral yol qar və buzdan təmizlənir.

Hazırda rayonda qar yağmaqda davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью