Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı

13.07.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Oğuz rayonunda 28 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində baş verib.

Bildirilib ki, kənd sakini, 28 yaşlı Coşqun Babayev yaxınları tərəfindən yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью