Oğuzda 34 yaşlı şəxs bıçaqlanıb

04.08.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuzda 34 yaşlı şəxs bıçaqlanıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən kafelərdən birində baş verib.

Belə ki, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью