Oğuzda 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb

16.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.

Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью