Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb

15.01.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətindən 525.az-ın xəbərinə görə, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью