Oğuzda ağır qəza baş verib, xəsarət alanlar var

23.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Mingeçevir şəhər sakini 1994-cü il təvəllüdlü Afiq Bilal oğlu Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyərək aşıb.

Nəticədə sürücü və onun sərnişini 2004-cü il təvəllüdlü Fatimə Natiq qızı Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью