Oğuzda avtomobil ağaca çırpıldı 4 nəfər yaralandı

15.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla bir ailənin 4 üzvü xəsarət alıb.

Lent.ax APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 06 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzali idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü F. Rzali və avtomobildə olan sərnişinlər- 1961-cl il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzali, 2020-ci il təvəllüdlü Tuncay Fərhad oğlu Rzali xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью