Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var AZƏRTAC

23.01.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oğuz, 23 yanvar, AZƏRTAC

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini 31 yaşlı Afiq Hacıyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq ağaca dəyib və aşıb.

Nəticədə sürücü və onun sərnişini 21 yaşlı Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью