Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

07.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Oğuz, 7 iyun, AZƏRTAC

Oğuz rayonu ərazisində əsən külək nəticəsində irigövdəli ağac nəqliyyatın intensiv olduğu avtomobil yoluna aşıb, qısa müddət hərəkət məhdudlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində ağacın yola aşması faktı qeydə alınıb.

Hadisə yerinə dərhal Dövlət Yol Polisinin əməkdaşları cəlb olunaraq nəzarət həyata keçiriblər. Həmçinin aidiyyatı qurumun əməkdaşları ağacı doğrayaq ərazidən götürüb, yol qırıntılardan təmizlənib və hərəkət tam bərpa olunub.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью