Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub

18.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub.

APA-nın məlumatına görə, Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ. Məmmədov saxlanılıb.

O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ. Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью