Oğuzda baş verən qəzada xəsarət alan qadın xəstəxanada ÖLDÜ

08.09.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 6-da Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir şəxs ölüb.

Oxu.Az xəbər verir ki, 1992-ci il təvəllüdlü Aygün Quliyeva xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Kərimli kəndi ərazisində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Arifə Səlimova da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью