Oğuzda Bayraq yürüşü keçirilib FOTOLAR

09.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuz rayonunda Bayraq yürüşü təşkil edilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yürüş 9 Noyabr - Bayraq Gününə həsr olunub.

300-ə yaxın şagirdin iştirakı ilə başlayan yürüş Oğuz şəhərinin küçə və prospektlərində davam edib.

Yürüşə həsr olunan tədbirdə rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yürüşün keçirilməsində məqsəd əlamətdar günü qeyd etmək və şagirdlərin vətənpərvərlik ruhunda yetişmələrinə töhfə vermək olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью