Oğuzda buğda daşıyan TIR yandı

07.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Oğuzda buğda daşıyan yük maşını yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.

Belə ki, taxıl sahəsində buğda toplayaraq çıxan TIR-da anidən yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı TIR tamamilə yanıb, içərisində olan 25 ton buğdanın da bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью