Oğuzda çaqqal 56 yaşlı kişiyə xəsarət yetirib

29.04.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.

Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında çaqqalın hücumuna məruz qalıb. Çaqqal onun ayağına xəsarət yetirib. N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksin vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью