Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı FOTO/VİDEO

19.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb.
Onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью