Oğuzda əməliyyat 8 kq narkotik götürüldü

08.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью