Oğuzda ev yanıb, xəsarət alan var

25.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Oğuzda baş verən yanğında bir nəfər xəsarət alıb.

Ölkə.az-ın report-a istinadən məlumatına görə, yanğın hadisəsi rayonun Bayan kəndində, Bakı şəhəri qeydiyyatlı Gülnarə Əliheydər qızı Rəsulovaya məxsus təqribən 60 kvadrat metrilik köhnə tikili olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Yanğın zamanı həmin evdə yaşayan 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью