Oğuzda ev yanıb: Xəsarət alan var | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Oğuzda baş verən yanğında bir nəfər xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Bayan kəndində, Bakı şəhəri qeydiyyatlı Gülnarə Əliheydər qızı Rəsulovaya məxsus təqribən 60 kvadrat metrilik köhnə tikili olan fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.
Yanğın zamanı həmin evdə yaşayan 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti orta ağır qiymətləndirilir. "Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri
Tam oxu
Xəbəri oxu