Oğuzda evdən oğurluq olub

15.04.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA.AZ-a bildirilib ki, polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb. O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью