Oğuzda fermada 200 cücə yanıb

21.04.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oğuzda fermada baş verən yanğın zamanı ev quşları yanaraq tələf olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Mûşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью