Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı VİDEO

08.06.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 6-da axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan “KIA” markalı avtomobil ilə “VAZ-21012” markalı nəqliyyat vasitəsi toqquşub.

Şahidlərin iddiasına əsasən, qəza yolayrıcını keçmə qaydasının pozulması nəticəsində baş verib. Toqquşma zamanı hər iki avtomobilə ciddi maddi ziyan dəyib, “VAZ” markalı avtomobilin sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью