Icma.az, Yenicag portalına istinadən məlumat yayır. Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib, burnu amputasiya olunub.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Calud kəndində baş verib.
Kənd sakini 1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum edərək ona ağır xəsarətlər yetirib. B.
Xamdıyev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Şəki RMX-da B.
Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub. İt hücum edən zaman B.
Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də alıb.
O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb./Apa/ www.yenicag.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.