Oğuzda itkin düşən 32 yaşlı kişinin dağda ağacdan asılmış meyiti tapılıb

21.03.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью