Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb

20.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Oğuz, 20 avqust, AZƏRTAC

Oğuz rayonunda həyata keçirilən “Kitab karvanı” layihəsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Regional Mədəniyyət İdarəsinin və Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunub. Tədbir zamanı müxtəlif mövzularda kitabların təqdimatı keçirilib, iştirakçılara mütaliənin əhəmiyyəti barədə məlumat verilib. Gənclər və rayon sakinləri kitablarla tanış olub, mütaliə ilə bağlı fikir və təəssüratlarını bölüşüblər.

Tədbir çərçivəsində sənətkarların əl işlərindən ibarət sərgi də təşkil olunub. İştirakçılar müxtəlif sənət nümunələri, əl işləri ilə tanış olublar. Gənclər arasında mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın artırılması, onların dünyagörüşünün zənginləşdirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək məqsədilə təşkil olunan “Kitab karvanı” layihəsi böyük maraq doğurub.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью