Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var

29.04.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью