Oğuzda maşın idarəetmədən çıxaraq aşdı: ölən var

25.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Oğuzda BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью