Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib VİDEO

13.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Oğuz, 13 may, AZƏRTAC

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью