Oğuzda qadın sürücü maşını aşırdı, 4 yaralı var

10.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Oğuzda avtomobil aşıb.

Lent.az-ın məlumatına görə, hadisə Böyük Söyüdlü kəndinə gedən yolda qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Leyla Rzayevanın minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinləri - 48 yaşlı Aynurə Sərkərova, 38 yaşlı Nuranə Rüstəmova və Cəmalə İsgəndərova xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью