Oğuzda sirkə turşusu içən qadın xəstəxanada ölüb

26.11.2024

Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Operativ Media" xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.

Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью