Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi VİDEO

28.10.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğuz rayonunda avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə yol polisi profilaktik tədbir keçirib. 

Avtosfer.az xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.  Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

bax.tvhttps://player.bax.tv/embed/228297.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью