Oğuzda üç avtomobil toqquşub, xəsarət alan var AZƏRTAC

26.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Oğuz, 26 dekabr, AZƏRTAC

Oğuzda yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Padar kəndində qeydə alınıb.

Qəza zamanı müxtəlif markalı üç avtomobil toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 39 yaşlı Əbülfət Məmmədov müxtəlif dərəcəl ağır bədən xəsarəti alıb. Qəzada yaralanan şəxs dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью