Oğuzda üzərinə ağac düşən kişi öldü

10.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Oğuz rayonunda meşəlik ərazidə üzərinə ağac düşən kişi ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndinin yaxınlığında, "Zumanlı" dərəsi deyilən ərazidə baş verib.

Belə ki, üzərinə ağac düşən kənd sakini, 1989-cu il təvəllüdlü Elvin Çingiz oğlu Cəfərov aldığı xəsarətlərdən ölüb.

Hazırda onun meyitinin ərazidən çıxarılması istiqamətində tədbir görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью