Oğuzda üzərinə ağac düşən kişi ölüb

10.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Oğuz rayonunda meşəlik ərazidə üzərinə ağac düşən kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndinin yaxınlığında, "Zumanlı" dərəsi deyilən ərazidə baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Cəfərov Elvin Çingiz oğlu dağlıq ərazidə olarkən üzərinə ağac düşərək ölüb.

Hazırda onun meyitinin dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır.ü

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью