Oğuzda VAZ ağaca çırpıldı Sürücü xəsarət aldı

06.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bu gün saat 14 radələrində Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində “VAZ-21099” markalı avtomobilin sürücüsü, Kərimli kənd sakini 1989-cu il təvəllüdlü İsmayılov Elşən Xaləddin oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca dəyib.

Xəsarət alan sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью