Oğuzda VAZ ağaca çırpıldı Sürücü xəsarət aldı | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün saat 14 radələrində Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində “VAZ-21099” markalı avtomobilin sürücüsü, Kərimli kənd sakini 1989-cu il təvəllüdlü İsmayılov Elşən Xaləddin oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca dəyib.
Xəsarət alan sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu