Oğuzda yol kənarları məişət tullantılarından təmizlənir

04.04.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğuz, 4 aprel, AZƏRTAC

Oğuz rayonu ərazisindən keçən magistral və avtomobil yollarının kənarlarında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.

Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью