Oğuzda yük avtomobili yanıb kül oldu

31.01.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Oğuzda yük avtomobili yanıb.

"Unikal" xəbər verir ki, yanğın Oğuz-Qəbələ yolunda 1988-ci il təvəllüdlü Hüseynəliyev Samiq Vəli oğluna məxsus "Ford Transit" markalı yük avtomobilində baş verib. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью