Oğuzda yük maşını yandı

01.02.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Oğuzda “Ford Transit” markalı yük avtomobili yanıb. 

Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində  baş verib.

Oğuz rayonunun Sincan kənd sakini 37 yaşlı Samiq Vəli oğlu Hüseynəliyevə  məxsus “Ford Transit” markalı yük avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin kabinəsi və matorxanası yanıb. Yanğın zamanı yaralanan olmayıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью